Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib.
11 noyabr 2022 | 17:25
Xaçmaz rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiya Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Hülovlü kəndi ərazisindən keçən hissəsində təşkil olunub.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və partiya fəalları magistral yolun kənarına şam ağacları basdırıblar. Əvvəl əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.