Yeni Həyat qəsəbəsində sakinlərin müraciət və təklifləri dinlənilib
13 iyun 2024 | 16:47
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxsləri ilə birlikdə növbəti səyyar qəbulunu Yeni Həyat qəsəbəsində keçirib. Qəbulda Yeni Həyat İnzibati Ərazi Dairəsi üzrə nümayədələriyinə daxil olan Yeni Həyat qəsəbəsi və Həbibkənd kəndinin sakinləri iştirak edib.
Görüş iştirakçıları əvvəlcə Yeni Həyat qəsəbəsində Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri qoyub, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib. Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirib,həmçinin elektrik təsərrüfatının yenilənməsi, suvarma kanallarında sahil bərkitmə işlərinin aparılması, yolların təmiri və digər sosial məsələləri gündəmə gətiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.