Şriftin ölçüsü :

Saytın rəngi :

Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın təşkilatçılığı ilə ümumtəhsil məktəblərində şagirdlərlə görüşlər təşkil olunub.

09 aprel 2024 | 16:53
Görüşdə Xaçmaz rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın üzvləri, gənclər və idman sektoru, təhsil sektorunun nümayəndələri, yerli polis orqanının əməkdaşı, həkim narkoloq, müəllimlər və şagirdlər iştirak ediblər.
Görüşdə çıxış edənlər yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsinə, məşğulluğuna, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, idman və ictimai faydalı əməklə məşğul olmaları üçün şəraitin yaradılması, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi barədə maarifləndirici söhbət aparıblar. Qeyd olunub ki, təhsil uşaqların həyatında mühüm yer tutur, sağlam gələcəyin inkişafının təməlində təhsil dayanır. Məktəbin pedaqoji kollektivi olaraq müəllimlərin də üzərinə böyük məsuliyyət düşür. Onların şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlətimizə layiqli vətəndaş yetişdirmək missiyasını şərəflə həyata keçirilməsində böyük rola malikdirlər. Bu gün Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri təhsil şəraitinin daha da yaxşılaşdırılmasıdır ki, bu istiqamətdə mühüm addımlar atılır. Bildirilib ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycan Respublikasının dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə məktəblərdə davamlı strateji hədəfdir. Şagirdlərimiz daha çox idman, incəsənət və ictimai faydalı əməklə məşğul olmalı narkotik vasitələr, alkaqol və tütün məmulatları kimi zərərli vərdişlərdən uzaq olmalıdırlar.
Çıxış edənlər erkən nikaha daxilolma kimi neqativ halların da ağır nəticələr törətdiyini, erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğunu diqqətə çatdırıblar. Daha sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərin sualları cavablandırılıb. Sonda isə erkən nigahların və narkotik vasitələrin səbəb olduğu fəsadları əks etdirən videoçarx izlənilib.
Keçidlər