Şriftin ölçüsü :

Saytın rəngi :

Yubileylərini qeyd edən ağsaqqallar təltif edilib.

21 noyabr 2023 | 14:27
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayon sakinləri şair Gülümbala Həsənbala oğlu Nəsirlini 85, Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Əli Rza oğlu Mustafayevi isə 80 illik yubileyi münasibətilə təltif edib.
Hər iki yubilyarla görüşən icra başçısı onlarla səmimi həmsöhbət olub. Elnur Rzayev ağsaqallara təbriklərini çatdırıb, sağlam həyat arzulayıb. Həmçinin yubilyarlara Fəxri Fərman və qiymətli hədiyyə təqdim edib.
Şair Gülümbala Nəsirli və Əli Mustafayev son illər Xaçmaz rayonunda aparılan abadlıq-quruculuq işlərini, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələri yüksək qiymətləndirib.
Həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər