Zaur Əliyev Xaçmaz rayonunda vətəndaşları qəbul edib.
23 may 2025 | 16:01
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mayın 23-də Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında Xaçmaz, Şabran və Siyəzən rayon sakinlərini qəbul edib.
Görüşdən əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanovun, Agentliyin Quba filialının rəhbərinin, Xaçmaz, Şabran, Siyəzən və ətraf rayon mərkəzi xəstəxanalarının direktorlarının iştirakı ilə keçirilən qəbulda 19 vətəndaşın müraciətinə baxılıb.