Şriftin ölçüsü :

Saytın rəngi :

Zaur Mikayılov Xaçmaz rayonunda qəbul keçirib

19 may 2023 | 17:45
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xaçmaz rayonunda Xaçmaz, Şabran və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla anıblar.
Xaçmaz Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən fotostendlərə baxış keçiriblər.
Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Sədr Zaur Mikayılov vətəndaşlarla görüş zamanı dövlət başçısının meliorasiyanın inkişafı ilə bağlı imzaladığı sərəncamların və verdiyi tapşırıqların aqrar sahənin inkişafına, xüsusən fermerlərin rifah halının yaxşılaşdırılmasına təkan verəcəyini vurğulayıb.
Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Keçidlər