Zəfər bayramı ərəfəsində xəstəxanada müalicə alan Vətən müharibəsi iştirakçısı və ehtiyatda olan hərbi qulluqçu ziyarət olunub
07 noyabr 2025 | 09:24
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 8 Noyabr – Zəfər Günü ərəfəsində Rayon Mərkəzi Xəstəxanasında müalicə alan Vətən müharibəsi əlili Yusif Əsədullayevi və ehtiyatda olan hərbi qulluqçu Əziz Tağıyevi ziyarət edib.
Elnur Rzayev hər iki şəxsin səhhəti ilə maraqlanıb, onlara şəfa arzulayıb. Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının direktoru Səyyaf Tağıyev hər iki hərbi qulluqçunun müayinə və müalicəsinin uğurla davam etdirildiyini bildirib.
Yusif Əsədullayev və Əziz Tağıyev göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.






