“Zəfər Günü” ərəfəsində “Şahidə çevrilmiş şəhid” tamaşası nümayiş olunub
Xaçmaz rayon Mədəniyyət Mərkəzində 1992-ci ildə ölkədə baş verən siyasi, iqtisadi və mədəni hadisələri eləcədə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəni özündə əks etdirən “Şahidə çevrilmiş şəhid” tamaşası nümayiş olunub. Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi və Xaçmaz Xalq Teatrının aktyor truppası tərəfindən hazırlanan tamaşanı izləylənlər sırasında Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilərdə olub.
Xaçmaz Xalq Teatrının rejissoru İlham Tağıyevin quruluş verdiyi tamaşanın müəllifi Cingiz Ələsgərlidir. İlk dəfə Xaçmaz Xalq Teatrında səhnələşdirilən tamaşa iştirakçılar tərəfindən maraqla izlənilib. Tamaşanın əsas məqsədi mənfur erməni silahlı birləşmələrinin Azərbaycanın mülki əhalisinə qarşı zamanla terror və soyqırımı aktları törədərək hərbi cinayətlər həyata keçirmələrini bir daha göstərmək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başlanan Vətən müharibəsindəki Şanlı Qələbəmizi təbliğ etmək, yeniyetmə və gənclərdə vətənpərvərlik hisslərini daha da gücləndirmək eləcədə insanların mədəniyyət, teatr sahəsinə cəlb olunmasını təmin etməkdir.
Təsirli səhnələrlə yadda qalan tamaşa izləyiciləri kövrəltsə də, aktyorların çıxışları zalda əyləşən içtimayyət nümayəndələrinin alqışları ilə sona çatıb.
Tamaşadan sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xalq Teatrının kollektivi ilə görüşüb, yaradıcı heyətlə xoş təsüratlarını bölüşüb, fəaliyyətlərində uğurlar arzulayıb.