Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda ümümrayon iməciliyi keçirilib.

12 fevral 2022 | 16:00
Xaçmaz rayonunda ümümrayon iməciliyi keçirilib.
Rayonun bütün idarə, təşkilat və müəssisələrinin kollektivləri yol kənarları, park və xiyabanlar, eləcədə qəbiristanlıqlarda təmizlik işləri aparıblar.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, sakinlərlə birlikdə təmizlik aksiyasında iştirak edib. Sakinlər Xaçmaz şəhər və Qaraqurdlu qəbiristanlıqlarında məzarlıqların ətrafında səliqə-sahman yaradıblar. Ərazi otlardan və kol-kosdan təmizlənib, vətəndaşların rahat hərəkəti üçün daxili yollara çınqıl tökülüb.
İməclik çərçivəsində magistral və kənd daxili yolların kənarında mövcud olan yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Rayon rəhbərliyi vətəndaşlarla səmimi söhbət zamanı qəbiristanlıqların təmiz saxlanılmasının vacibliyini vurğulayıb.
Vətəndaşlar bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib və təmizlik aksiyalarını mütəmadi olaraq davam etdirəcəklərini bildiriblər.
Xaçmaz rayonunda anoloji aksiyalar növbəti həftələrdə kənd və qəsəbələrdə mövcud olan qəbristanlıqlarda təşkil ediləcək.

 

Keçidlər