Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda tikinti, abadlıq və quruculuq işləri sürətlə davam etdirilir

16 may 2022 | 15:39
 
Xaçmaz rayonunda həyata keçirilən tikinti, abadlıq və quruculuq işləri çərçivəsində Xaçmaz-Quba və Xaçmaz şəhərinin Bakı prospektində yolun hərəkət hissəsi genişləndirilir. Paralel olaraq sözügedən ərazilərdə yerləşən mövcud sahibkarlıq obyektlərinin fasadı müasir üslubda yenilənir.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev görülən işlərlə yerində tanış olub. İşlərin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlar verilib. İcra başçısı sahibkarlarla səmimi söhbət zamanı onların müraciət və təkliflərini dinləyib.
Sahibklar görülən işləri yüksək qiymətləndirib və buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər