Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmazda yeni ekoloji aksiyaya start verilib

30 aprel 2022 | 15:19
 
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Xaçmaz rayonunda ağacəkmə aksiyası keçirilib.
Aksiya zamanı Bakı-Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsinə və Xaçmaz-Quba yolunun kənarlarına yerli iqlim şəraitinə uyğun gələn şam ağacları, güllər və dekorativ kollar əkilib.
Aksiyada Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq- mühafizə orqanlarının rəhbərləri, müxtəlif idarə təşkilat və müəssisələrin rəhbərləri, Vətən müharibəsi iştirakçıları və könüllülər iştirak ediblər.
İştirakçılar ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yol kənarlarını alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.
Ağacəkmə aksiyası qarşıdakı günlərdə park və xiyabanlarda davam etdiriləcək. Ümumilikdə may ayının 10-dək Xaçmaz rayonu ərazisində 9900 ədəd müxtəlif ağac, güllər və dekorativ kollar əkiləcəkdir.
Həmçinin ekoloji tədbirlər çərçivəsində Xaçmaz rayonunun turizm zonalarında yerləşən çimərliklərdə təmizlik işləri aparılıb. Çimərlik mövsümünə kimi Nabran turizm zonası da daxil olmaqla, bütün sahil zolaqlarının tullantılardan təmizlənməsi nəzərdə tutulub.
Keçidlər