Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda karantin rejimi ilə əlaqədar keçirilən reydlər gücləndirilmiş qaydada davam edir

01 dekabr 2020 | 16:00

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xaçmaz rayonunda profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Xaçmaz Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və mobil qruplar rayon ərazisində əhalinin sıx olduğu yerlərdə, ticarət obyektlərində və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə monitorinqlər həyata keçirirlər. Reydlər zamanı sahibkarlarla və vətəndaşlarla aparılan maarifləndirici söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir.

Keçidlər