Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Şəhidlər Xiyabanında əsaslı təmir – tikinti və yenidənqurma işləri yekunlaşmışdır.

19 yanvar 2021 | 16:00

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin güclü siyasi iradəsi və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində sentyabrın 27-də başlayan Vətən Müharibəsində torpaqlarımız işğaldan azad olunmuşdur. Bu vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda bütün Azərbaycanlılar kimi Xaçmaz rayonu gəncləri də bu müharibədə iştirak etmiş, şəhid olmuş və yaralanmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin və qazilərimizin ailələrinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse Prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bunun davamı kimi Xaçmaz rayonunda da torpaqlarımızın azad olunmasında həlak olmuş şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı ilə yanaşılır.

Xaçmaz şəhərində şəhidlərin ölməz ruhunun əbədiləşdirilməsi üçün mövcud Şəhidlər Xiyabanında əsaslı təmir – tikinti və yenidənqurma işləri aparılmışdır.

Ümumilikdə ərazisi 3000 m2 olan xiyabanda 700 m2-ə yaxın yeni yaşıllıq qazon salınmışıdır. 1500 m2 keyfiyyətli beton tavalar (tamet daşları) döşənmişdir. Xiyabanda Azərbaycan Respublikasının Milli Qəhrərmanı Yavər Şahbazovun büstü qoyulmuş, I Qarabağ müharibəsində şəhid olmuş 226 nəfərin, II Qarabağ müharibəsində şəhid olmuş 48 nəfərin və 20 yanvar 1990-cı ildə şəhid olmuş 1 nəfərin xatirə lövhələri yenidən yüksək keyfiyyətlə hazırlanmışdır.

Şəhidlər Xiyabanın giriş hissəsində Şəhidlərimizin ölməz ruhunun ucalığını əks etdirən ay – ulduzlu 17 m hündürlükdə rəmzi abidə ucaldılmışdır. Ərazinin işıqlandırılması üçün 8 ədəd işıq dirəkləri, 140 p/m beton bardyurlar qoyulmuşdur.

Bundan əlavə ərazidə nəzarətçilər üçün 2 ədəd nəzərət otağı inşa edimişdir. Xiyabana qalxan pilləkənlər və rəmzi abidənin önünə mərmər lövhələr düzülmüşdür.

Ərazidə 1600 m2 yaxın yüksək keyfiyyətli mərmərdən istifadə olunmuşdur. Belə ki, xatirə lövhələrinin yerləşdiyi istinad divarları, qazonların ətarfları, barduyurların üzəri, işıq dirəklərinin oturacaqları yüksək keyfiyyətli mərmərlə üzlənmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik.

 

Keçidlər