Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda yerləşən uşaq bağçalarının fidanları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində təşkil edilən tədbirdə çıxış etdilər.

01 iyun 2016 | 16:00

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı Xaçmaz Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzində  uşaqlara həsr edilmiş tədbir keçirilib.     Tədbirdə Xaçmaz rayonu 1, 2, 3, 5 və 6 saylı körpələr evi – uşaq bağçalarının balaca fidanları maraqlı nümunələr ilə çıxış etmişlər. Təşkil edilmiş bayram tədbiri uşaqların böyük sevincinə səbəb olmuşdur.
         Ümumillikdə, uşaqlara həsr olunmuş bu əlamətdar  günün  əsas mesajı “Dostluq – sülh – sevgi” idi. Tədbirdə çıxış edənlər balaca körpələri bayram münasibətilə təbrik ediblər.

Keçidlər