Rayon haqqında
Mədəniyyət
Muzeylər adi mədəniyyət müəssisəsi deyil, xalqın, millətin, yurdun, torpağın tarixini yaşadan, onun keçdiyi tarixi yolu əks etdirən mənəviyyat ocaqlarıdır. Xaçmaz rayonunun müasir dövrünü, bu gününü və gələcəyini əks etdirən mədəni-tarix müəssisəsi kimi muzeylərin rolu çox böyükdür. O cəhətdən muzeylərin əhəmiyyəti yüksək qiymətləndirilmiş və rayonda geniş muzey şəbəkəsi yaradılmışdır. Muzeylər şəbəkəsinə Heydər Əliyev Mərkəzi və onun Xudat şəhərində, Yalama kəndində filialları, Tarix-Diyarşünaslıq Muzeyi, Xalça Muzeyi, Şəxsiyyətlər Muzeyi, Döyüş Şöhrəti Muzeyi, Əziz Əliyev Muzeyii, Rəsm Qalereyası, Xalqlar Dostluğu Muzeyi, Zərifə Əliyeva Muzeyi və Bayraq Muzeyi daxildir.
Cəmiyyətin intellektual-mənəvi potensialının artırılmasında əvəzsiz rol oynayan kitabxanalar ölkəmizin müstəqillik illərində Xaçmaz rayonunda da yeni təşəkkül dövrünü yaşadı.Dövlətin kitabxana işi sahəsində apardığı islahatlar nəticəsində kitabxanaların sayı artmış, onların maddi-texniki bazası möhkəmlənmiş, binaları təmir edilmiş, kitab fondları əsaslı şəkildə inkişaf etdirilmiş, oxuculara xidmət sistemi tamamilə yenidən qurulmuş, yüksək ixtisaslı kadrlarla təmin edilmişdir. Rayonda kitabxana şəbəkəsi genişdir. Xaçmaz mərkəzləşdirilmiş kitabxana sistemində vahid kitabxana sistemi yaradılmış, kitabxana sistemi informasiya mərkəzi olaraq fəaliyyət göstərməkdədir.
Hal-hazırda Xaçmaz rayonunda
- MKS üzrə 65 müəssisə - 1 mərkəzi, 2 şəhər, 1 uşaq, 59 kənd və 2 qəsəbə kitabxana filialı fəaliyyət göstərir.
- Heydər Əliyev adına Mədəniyyət Mərkəzi üzrə 50 müəssisə - 1 mərkəz,1 şəhər (Xudat), 3 kənd folklor evləri, 45 klub müəssisəsi (kənd Diyarşünaslıq, kənd Folklor, kənd Sənətkarlıq) fəaliyyət göstərir.
- Heydər Əliyev Mərkəzi üzrə 3 müəssisə - 1 mərkəz, 1şəhər (Xudat), 1qəsəbə (Yalama) Heydər Əliyev muzey filialları.
- Tarix Diyarşünaslıq muzeyi üzrə 3 müəssisə -1 şəhər (Tarix Diyarşünaslıq muzeyi), 2 şəhər filial (Xalça və Döyüş şöhrəti muzeyi).
- 1 Rəsm Qalereyası, 1 Şəxsiyyətlər muzeyi, 1 Əzizi Əliyev muzeyi, 1 Bayraq muzeyi, 1 Zərifə Əliyeva adına muzey, 1 Xalqlar dostluğu muzeyi olmaqla ümumilikdə 12 muzey fəaliyyət göstərir.
Cari ilin 2-ci rübündə Xaçmaz rayon Mərkəzi Kitabxanasına 3956 adda yeni kitab daxil olmuş, fondda olan kitabların sayı 587989-a çatmışdır. Oxuyucu sayı isə 7536 nəfər olmuşdur.
Xaçmaz rayon MKS-də www.khachmaz.cls.az internet saytı fəaliyyət göstərir. Kitabxanada elektron kataloq quraşdırılmış, saytın istifadəçiləri ilə informasiya mübadiləsi sistemi yaradılmışdır.