İcra Hakimiyyəti
İcra hakimiyyətinin başçısı
Rzayev Elnur Şahbaz oğlu 2 aprel 1980-ci ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndində anadan olub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, 2000-2002-ci illərdə həmin Universitetdə “İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr, 2010-2013-cü illərdə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsil alıb. Yeni Azərbaycan Partiyasının üzvüdür.
1 iyul 2002-ci il tarixdən 1 iyul 2003-cü il tarixədək həqiqi hərbi xidmətdə olub. 14 may 2004-cü il tarixdən 20 oktyabr 2009-cu il tarixədək Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 20 oktyabr 2009-cu il tarixdən 19 avqust 2013-cü il tarixədək Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru olub. 19 avqust 2013-cü il tarixdən 3 dekabr 2015-ci il tarixədək Gəncə Regional “ASAN Xidmət” Mərkəzinin direktoru vəzifəsində çalışıb. 3 dekabr 2015-ci il tarixdən 31 oktyabr 2019-cu il tarixədək Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
22.06.2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.