Sərəncamlar
Azərbaycan Respublikası
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 42 16 mart 2020-ci il
Koronavirus xəstəliyi ilə əlaqədar rayon ərazisində
operativ qərargahin yaradılması barədə
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya kimi qəbul edilən koronavirus xəstəliyinin yayılma coğrafiyasının geniş miqyas aldığını nəzərə alaraq, aşağıdakı qabaqlayıcı tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.
I. Koronavirus xəstəliyinin rayon ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısı yanında aidiyyətı yerli dövlət qurumlarının iştirakından ibarət qərargah yaradılsın.
II. Aidiyyətı sahə mütəxəssislərindən ibarət qrupların iştirakı ilə qabaqlayıcı tədbirlərin görülməsi üçün rayonun bütün yaşayış məntəqələrində monitorinqlər aparılsın.
III. Hazırda koronavirus zəminində yaranan xüsusi şəraitdə görüləcək zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə aşağidaki tərkibdə qərargah yaradılsın :
Qərargahın sədri
1.İlhamə Nəzərova - RİHB-nın birinci müavini
Qərargahın üzvləri:
2. Elxan Abdurəhimov – Xaçmaz Rayon Prokuroru
3.Nəcəf Mirzəbabalı – Dövlət Təhlükəsizlik Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rəisi
4.Həmid Həsənov – Xaçmaz Rayon Polis Şöbəsinin rəisi
5.Şahin Mirzəyev - FHN-nin Şimal Pegional Mərkəzinin rəisi
6.Əkbər Mehdiyev – Dövlət Sərhəd Xidmətinin Xudat Sərhəd Dəstəsinin rəisi
7.Pərviz Rəhimov – Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi
8.Hidayət Rüstəmov – Xaçmaz Regional Dövlət Miqrasiya Xidməti İdarəsinin rəisi
9.Emil Tağıyev – RİHB aparatında Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə Orqanları
ilə İş Şöbəsinin müdiri
10.Nazir Vəlibəyov - RİHB aparatında Hüquq Şöbəsinin müdiri
11.Nizami Zeynalov - Qida Təhlükəsizliyi Agentliyinin Xaçmaz Regional Bölməsinin rəisi
12. Səyyaf Tağıyev - Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi şəxsin
baş direktoru
13. Bəxtiyar Haqverdiyev – Xaçmaz Rayon Gigiyena-Epidemiologiya Mərkəzinin direktoru
14. Azər Haqverdiyev – KTN-nin Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
15. Gülyar Hüseynov – Xaçmaz Regional Qaz İstismarı idarəsinin xidmət sahəsi
üzrə rəis müavini
16. Azim Davudov – Xaçmaz Rayon Telekommunikasiya Qovşağının rəisi
17. Firudin Ağaxanov - Xaçmaz Elektrik Şəbəkəsinin rəisi
18. Teyyub Sultanov – Xaçmaz Rayon Su Kanalı Sahəsinin rəisi
IV.Qərargaha tapşırılsın ki, rayon ərazisində xəstəliklə bağlı qabaqlayıcı tədbirlərin görülməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin operativ qərargahı tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini təmin etsinlər.
V. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.
Elnur Rzayev
Azərbaycan Respublikası
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 284 11 noyabr 2019-cu il
Rayonun ərazisində tikinti işlərinin aparılması
vəziyyəti haqqında
Son illər rayonun ərazisində müxtəlif təyinatlı obyektlərin tikintisi xeyli artmışdır.
Lakin bəzi fiziki və hüquqi şəxslər mövcud qanunvericiliyə uyğun müvafiq icazə almadan, şəhərsalma, tikinti-norma və qaydalarını pozmaqla, yaxud sənəd üzrə ayrılmış torpaq sahəsindən əlavə olaraq torpaq sahələri zəbt edərək tikinti işləri aparırlar. Bu sahədə olan vəziyyəti araşdırmaq, icazəsiz aparılan tikintilərin qarşısını almaq, mövcud qanunsuzluqları aradan qaldırmaq və gələcəkdə belə hallara yol verməmək məqsədilə qərara alıram :
I.Aşağıdakı tərkibdə komissiya yaradılsın :
Komissiyanın sədri
Tağıyev Emil - Xaçmaz RİHB aparatında Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Komissiyanın üzvləri:
Quliyev Ələkbər – Xaçmaz RİHB aparatında Tikinti-memarlıq şöbəsinin müdir əvəzi
Mehvalıyev Teymur - Xaçmaz RPŞ-nin rəis müavini
Gəncəliyev Kamil – Xaçmaz RİHB aparatında aparıcı məsləhətçi
Abbasov Məhərrəm – Xaçmaz rayon Ağsaqqallar Şurasının üzvü
II. Komissiyaya tapşırılsın ki, rayon ərazisində aparılan tikinti işlərinin vəziyyətini araşdıraraq nəticəsi barədə müvafiq arayış təqdim etsinlər.
III. Xaçmaz RİHB-nın İƏD-i üzrə nümayəndələrinə tapşırılsın ki, komissiyanın işinə yaxından köməklik göstərsinlər. Hər bir nümayəndəliyin ərazisində qanunsuz tikinti işlərinin aparılmasının qarşısının alınmasını təmin etsinlər.
IV. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.
Elnur Rzayev
Azərbaycan Respublikası
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 283 8 noyabr 2019-cu il
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Prezident Administrasiyası Rəhbərinin “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında”Sərəncamının icrasına dair Tədbirlər Planının həyata keçirilməsi məqsədilə Yerli Ekspert Komissiyasının yeni tərkibinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri R.Ə.Mehdiyev 27 iyun 2019-cu il tarixində “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Sərəncamının icrasına dair Tədbirlər Planını imzalamışdır.
Tədbirlər Planında nəzərdə tutulmuş işlərin, Xaçmaz rayonunun şəhər, kənd və qəsəbələri ərazilərində üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış evlərinin və torpaq sahələrinin müəyyən edilməsi, torpaq sahəsinin ayrılmasına və yaşayış evinin tikintisinə dair rəsmi sənədlərin mövcudluğunun müəyyənləşdirilməsi və müvafiq məlumatların toplanması və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tərtib edilmiş forma üzrə siyahılarda əks etdirilməsi məqsədilə Xaçmaz RİH-nin 10.07.2019-cu il tarixli 203№-li sərəncamı ilə komissiya yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli sərəncamı ilə Xanbabayev Şəmsəddin Hüseynqulu oğlu tutduğu vəzifədən azad edilmiş, Rzayev Elnur Şahbaz oğlu Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Qeyd edilənləri nəzərə alaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında”Sərəncamının icrasına dair Tədbirlər Planının həyata keçirilməsi məqsədilə Yerli Ekspert Komissiyası yeni tərkibdə yaradılsın.
Komisiyanın sədri:
Rzayev Elnur Şahbaz oğlu- Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
Komisiyanın üzvləri:
Osmanov Bəxtiyar Adil oğlu- Xaçmaz RİHB-nin müavini
Tağıyev Emil Nəcəf oğlu-Xaçmaz RİHB aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Quliyev Ələkbər Zahid oğlu- Xaçmaz RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin müdir əvəzi
Haqverdiyev Azər Məhərrəm oğlu- Xaçmaz Dövlət Aqrar İnkişaf mərkəzinin direktoru
Cəfərov Qulu Tofiq oğlu- FHN Şimal Regional Tikinti Müfəttişliyinin rəisi
Məmmədquliyev Fəxrəddin Mütəllim oğlu- Quba Regional Meşə Təsərrüfatı mərkəzinin meşə əkini üzrə baş mühəndisi
Kərimov Teyfur Məmmədhüseyn oğlu- Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX Xaçmaz Ərazi İdarəsinin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma və ünvan şöbəsinin müdiri
Mürsəlov Rasim Mürsəl oğlu- Xaçmaz Rayon Elektrik Şəbəkəsinin baş mühəndisinin müavini
İbrahimov Aqil Əmirhəmzə oğlu- “Azərişıq” ASC Şimal RETŞİ Xaçmaz Elektrik şəbəkəsinin baş mühəndisi
Musayev Beybala İsa oğlu- “Azərsu” ASC 1 saylı Regional Su Kanalı idarəsinin mühəndis qrup rəhbəri
Əliyev Əlibaba Ramazan oğlu- “Azərişıq” İB-nin Xaçmaz Regional Qaz istismarı idarəsinin baş mühəndisi
İbrahimov Ələddin Yaqub oğlu- Neft Kəmərləri idarəsinin Texniki istismar şöbəsinin böyük mühəndisi
Xaçmaz RİHB-nin müvafiq İƏD üzrə nümayəndələri, aidiyyatı bələdiyyələrin sədrləri
2. Komissiyaya tapşırılsın ki, “Azərbaycan Respublikasında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” sərəncamından irəli gələn məsələlərin torpaq və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq həll edilməsini təmin etsinlər.
3. Sərəncamın icrasına nəzarəti öz üzərimə götürürəm.
Elnur Rzayev
Azərbaycan Respublikası
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 88/1 21 iyun 2017-ci il
Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə
“Rayon(şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 3 may 2017-ci il tarixli 1361№li Fərmanın icrası ilə əlaqədar qərara alıram:
Rayon(şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol Xaçmaz rayon İcra Hakimiyyəti adından aşağıda göstərilən vəzifəli şəxslər tərəfindən tərtib edilir:
1.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 190-cı, 197.1-ci, 197.2-ci, 251.3-cü, 413-cü, 451-ci, 516.0.2-ci, 527-ci, 530-cu,532-ci maddələrdə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
1.1 Rayon İcra Hakimiyyətinin Başçısı;
1.2 Rayon İcra Hakimiyyəti Başçısının müavinləri;
1.3 Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirləri;
1.4 Rayon İcra Hakimiyyəti Başçısı aparatının şöbə müdirlərinin müavinləri.
Ş.Xanbabayev
Azərbaycan Respublikası
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının
S Ə R Ə N C A M I
№ 48/1 4 aprel 2017-ci il
Xaçmaz rayon İcra Hakimiyyəti adından inzibatixətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər haqqında
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli 1256№li Fərmanın icrası ilə əlaqədar qərara alıram:
Xaçmaz rayon İcra Hakimiyyəti adından inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı təsdiq edilsin:
1.Xaçmaz rayon İcra Hakimiyyətinin Başçısı.
Ş.Xanbabayev